EGO TECH şirkəti İsveçrənin KESO ASSA ABLOY brendinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
ASSA ABLOY dünyanın ən böyük "ağıllı" kilidləmə və təhlükəsizlik həlləri sistemi olaraq keyfiyyətli və etibarlı məhsulları ilə müştərilərinin həyatına güvənlik və rahatlıq gətirməkdədir.
Peşəkarlıq, mükəmməl xidmət, dürüstlük, məxfilik, məsuliyyət və ən əsas müştəri məmnuniyyəti.
Missiyamız, kilid və kilidləmə sistemlərində müasir texnologiyalardan istifadə edərək, keyfiyyətli işlər görməkdir.
60 ildən artıq iş təcrübəsini innovativ həllərlə birləşdirən KESO brendi təhlükəsizlik sektorunda göstərdiyi fəaliyyətə görə dünyada nüfuzlu mükafatlara və sertifikatlara layiq görülmüşdür. Bu göstəricilərin nəticəsi olaraq şirkət bir sıra qabaqcıl AB (Avropa Birliyi) ölkələrinin rəsmi dövlət orqanları ilə sıx əməkdaşlıq etməkdədir. Bunların arasında Almaniya, İsveçrə, Belçika, İtaliya, İsveç kimi ölkələri nümunə göstərmək olar.